Ramil Şeydayevsiz "Trabzonspor" Dəniz Yılmazlı "Bursaspor"u məğlub etdi

00:53 - 14 Yanvar 2017

Bu gün Türkiyə Super Liqasında 17-ci tura start verilib. 

 

Sportal.az xəbər verir ki, turun matçında millimizin futbolçusu Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor"la, millimizin digər üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" üz-üzə gəlib. 

 

XVII turun matçında sevinən tərəf qonaqlar olub. Qara dəniz təmsilçisi "yaşıl timsahlar"ı 1:2 hesabı ilə məğlub edib. 

 

Millimizin üzvü Ramil Şeydayevin adı maçtın iştirak ərizəsinə daxil edilməyib. Dəniz Yılmaz isə oyuna start heyətində başlayıb və sonra qədər mübarizə aparıb. Yılmaz oyunun 90-cı dəqiqəsində sarı vərəqə almaqla "fərqlənib". 

 

Qeyd edək ki, bu qələbədən sonra "Trabzonspor" xallarının sayını 21-ə çatdırıb və 10-cu pilləyə yüksəlib. "Bursaspor" isə 27 xalla 5-ci pillədə qalıb. 

Xəbər xətti