"Kəpəz"in əsas komandasına 6 yeni futbolçu cəlb olundu

13:52 - 14 Yanvar 2017

Ölkə paytaxtında təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına əvəzedici heyətin 6 üzvü qoşulub.

 

Sportal.az klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb. Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.

 

Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da forma geyinmək şansı qazanacaq. 

Xəbər xətti