Eddi İsrafilov 90 dəqiqə oynadı

13:15 - 14 Yanvar 2017

İspaniya ikinci liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kadiz" doğma meydanda "Valladolid"i qəbul edib. Qarşılaşma qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.

 

Millimizin üzvü matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, 21 turdan sonra aktivində 33 xal olan "Kadiz" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər xətti