Ziya Əzizov PSV-yə qarşı oynadı

15:05 - 14 Yanvar 2017

Futbol üzrə Hollandiya birinci divizionunda 20-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, 19 yaşlılardan ibarət millimizin üzvü Ziya Əzizovun çıxış etdiyi "Den Boş" növbəti matçına çıxıb. Həmyerlimizin klubu PSV-nin ikinci komandası ilə qarşılaşıb. Əzizovun 90 dəqiqə mübarizə apardığı oyun 0 - 0 hesabı ilə başa çatıb.
 
Qeyd edək ki, "Den Boş" 20 turdan sonra 26 xalla 20 komanda arasında 14-cüdür.

Xəbər xətti