"Qəbələ"nin futbolçusunun Xorvatiya millisindəki ilk qolu VİDEO

17:06 - 14 Yanvar 2017

"China Cup 2017”də III yer uğrunda oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, üçüncülük uğrunda Çin və Xorvatiya milliləri üz-üzə gəlib. Oyunun əsas vaxtı 1 - 1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (4 - 3) çinlilər üçüncü pillənin sahibi olub. 

 

“Qəbələ”nin futbolçusu Filip Ozobiç bu görüşdə iştirak edib. O, matçın 90+1-ci dəqiqəsində meydana daxil olub. Ozobiç komandasının 2-ci penaltisini dəqiq yerinə yetirsə də, Çin millisi qalib gəlib.

 

Xəbər xətti