Ronaldinyo bu klubla danışıqlar aparır

18:51 - 14 Yanvar 2017

Braziliya millisinin sabiq üzvü Ronaldinyo yenidən karyerasını bərpa etməyə hazırlaşır. 

 

Sportal.az xəbər verir ki, son klubu "Fluminense" olan 36 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirə bilər. Belə ki, o, "Koritiba" klubu ilə danışıqlara başlayıb. 

 

Bu barədə məlumatı ulduz futbolçunun qardaşı Roberto de Asis verib:

 

"Koritiba" ilə danışıqlara başlamışıq. Əgər keçid baş tutsa, "Koritiba" Ronaldinyonun son klubu olacaq. Onun üçün möhtəşəm finiş fiirləşirik". 


Qeyd edək ki, Ronaldinyo karyerası ərzində PSJ, "Barselona" və "Milan" kimi məşhur komandalarda oynayıb.

 

Xəbər xətti