Millimiz İrana qarşı

12:02 - 15 Yanvar 2017

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-16-cı yerlər uğrunda mərhələdə bu gün İran komandası ilə qarşılaşacaq. 

 

Sportal.az xəbər verir ki, Peterburqski idman-konsert kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:15 başlayacaq.

 

İranlılar son matçda Moldova təmsilçisinə 5:0 hesabı ilə qalib gələrək qrupda 3-cü yeri tutub və millimizə rəqib olub.


Valentin Qranatkinin xatirə turniri
9-16-cı yerlər uğrunda oyun

 

15 yanvar
15:15. İran - Azərbaycan

 

Xəbər xətti