Millimiz Qazaxıstan klubu ilə heç-heçə etdi VIDEO

15:08 - 15 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən U-21 millimiz ikinci yoxlama matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası Qazaxıstanın "Okjeptes" klubu ilə qarşılaşıb.
4 qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Millimizin qollarına Sərxan Baloğlu və Ocanzan Kökçü imza atıb.

 

Qeyd edək ki, millimiz ilk oyunda Almaniyanın “Rot Weis Erfurt” klubu ilə bərabərə qalmışdı - 0:0.

 

 

Xəbər xətti