"Şəmkir" Qazaxıstan komandasını məğlub etdi

15:44 - 15 Yanvar 2017

Birinci divizion təmsilçisi “Şəmkir” Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, “Şəmkir” Qazaxıstanın aşağı liqa klubu “Kıran”la qarşılaşıb. Oyun Şəmkir komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb. “Şəmkir”in heyətində Fərmayıl Əliyev və Vüsal Qarayev fərqlənib.

 

Qəhrəman Əliyevin yetirmələri daha əvvəl Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası" ilə qarşılaşmış və 1:0 hesablı qələbə qazanmışdı.

Xəbər xətti