"Neftçi" "Kukesi"yə qarşı

16:02 - 15 Yanvar 2017

“Neftçi” Türkiyə toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. “Kukesi” hazırda Albaniya Super Liqasında lider mövqeyində qərarlaşıb.

 

Oyun saat 18:00-da başlayacaq.

 

"Neftçi” hazırlıq çərçivəsində yanvarın 8-də keçirdiyi ilk yoxlama matçında "Sivasspor”la (Türkiyə) heç-heçə etmiş, daha sonra isə “Nasaf”a (Özbəkistan) məğlub olmuşdu (0:1).

 

Yoxlama oyunu
15 yanvar

 

18.00 Neftçi - Kukesi (Albaniya)

Xəbər xətti