Millimiz İranı məğlub etdi

17:31 - 15 Yanvar 2017

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 19 yaşlılardan ibarət millimiz bu gün növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri İran yığması ilə qarşılaşıb. Görüş millimizin minimal hesablı qələbəsi ilə başa çatıb.
 
C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış yığmamız 9-16-cı yerlər uğrunda mübarizəsini davam etdirir. 
  
İran - Azərbaycan - 0:1
Qol:
Doğukan, 77

Xəbər xətti