Budaq Nəsirovun komandası acı məğlubiyyətlə üzləşdi

17:54 - 15 Yanvar 2017

Millimizin üzvü Budaq Nəsirovun şərəfini qoruduğu "Sportinq"in B komandası Portuqaliya Sequndasında növbəti oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki,  Lissabon təmsilçisi XXII tur çərçivəsində səfərdə çempionatın lideri "Portimonense"nin qonağı olub. Oyun meydan sahiblərinin 4 - 0 hesablı qələbəsi ulə başa çatıb.

 

Budaq Nəsirov 30-cu dəqiqədə Bubakarın əvəzinə meydana daxil olub və sona qədər mübarizə aparıb.

 

Qeyd edək ki, 22 turdan sonra aktivində 25 xal olan "Sportinq" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbər xətti