Millimiz Estoniya ilə qarşılaşacaq

01:00 - 16 Yanvar 2017

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-16-cı yerlər uğrunda mübarizəsini davam etdirir.

 

Sportal.az xəbər verir ki, bu gün İrana qalib gələn yığmamızın növbəti rəqibi də bilinib.

 

Millimiz turnirdə növbəti oyununu yanvarın 17-də Estoniya komandasına qarşı keçirəcək.

 

Qarşılaşma yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq. 

Xəbər xətti