"Sumqayıt"ın növbəti sınağı

11:03 - 16 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama matçına çıxacaq. 

 

Sportal.az xəbər verir ki, “kimyaçılar” Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşacaq.

 

Oyun Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.

 

Qeyd edək ki, “Sumqayıt” ilk hazırlıq matçında Albaniyanın “Skenderbeu” klubuna 1:3 hesabı ilə məğlub olmuşdu. “Nasaf” isə yanvarın 11-də “Neftçi”yə 1:0 hesabı ilə qalib gəlmişdi.
 
 
Yoxlama oyunu
 

14:30. “Sumqayıt” – “Nasaf”

Xəbər xətti