Çinə transferlər azalacaq: Limit dəyişildi

13:39 - 16 Yanvar 2017

Çin Super Liqasında yeni limit müəyyənləşdirilib.


Sportal.az xəbər verir ki, Çin çempionatının başlamasına az qalmış futbol federasiyası legionerlərə tətbiq olunan limiti dəyişdirib.

 

İndiyə qədər Çin çempionatında hər komanda oyuna 4 legionerlə çıxa bilərdi. Yeni qərardan sonra komandalar meydana yalnız 3 legioner buraxa biləcəklər. Yerli futbolçulardan biri isə mütləq 23 yaşa qədər olmalıdı.

Xəbər xətti