Almaniyada 2016-cı ilin ən yaxşı futbolçusu məlum oldu

13:48 - 16 Yanvar 2017

Almaniyada 2016-cı ilin ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Almaniya millisinin və "Arsenal"ın yarımmüdafiəçisi ötən ilin ən yaxşı oyunçusu seçilib.

 

O, səslərin 54.5 faizini toplayıb. "Real"ın yarımmüdafiəçisi Toni Kroos ikinci (33.9 faiz), "Köln"ün futbolçusu Yonas Hektor üçüncü (4 faiz) olub.

 

Ulduz futbolçu öz fikirlərini bildirib:

 

“Bu mükafatı qazandığım üçün xoşbəxtəm. İngiltərə Premyer Liqasında zədələrdən yan keçməkdə bəxtim gətirdi. 2016-cı ildə həyat tərzimdə bir çox şeyləri dəyişdim. Məsələn, pəhriz və məşqləri. Bu da mənə zədə almaq riskini azaltmaqda kömək etdi. İndi qarşılaşmadan sonra daha tez bərpa olunuram. Fərdi mükafat mənim üçün o qədər də vacib deyil. Ancaq bu da faktdı ki, minlərlə azarkeş qeydiyyatdan keçərək, mənə səs verib. Bu da məni qürurlandırır. Səs verən hər kəsə təşəkkür edirəm. Görək, bu mükafatı əldə saxlamaq mümkün olacaq. Bütün hallarda, mükafatı mübarizəsiz verməyəcəm”.

 

Qeyd edək ki,bu, Özilin 6 il ərzində 5-ci mükafatı olub. 

 

Xəbər xətti