"Simurq"un sabiq məşqçisinə ölkə xaricindən təklif

14:14 - 16 Yanvar 2017

"Simurq", "Rəvan" və "Sumqayıt"ın sabiq məşqçisi və son olaraq "Vətən"də çalışmış Rövşən Babayev Sportal.az-a açıqlama verib.

 

Ötən günlərdə "Vətən"dən ayrılan mütəxəssis xaricdən təkliflər aldığını bildirib:

 

“Xarici klub və akademiyadan təkliflər var. Lakin ailə vəziyyətimə görə ora gedə bilmirəm. 2 ölkədən gəlib təklif gəlib və danışıqlar gedir. Klubların adını açıqlasam, düzgün olmazdı”.

Xəbər xətti