Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası

14:54 - 16 Yanvar 2017

Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” klubunun baş məşqçisi Hüseyin Kalpar istefa verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis bu qərarı Super Liqanın 17-ci turunda evdə “Rizəspor”a uduzduqları oyundan (2:3) sonra verib. Kalpar onu istefaya səsləyən azarkeşlər haqda belə fikir bildirib: 

 

"Tribunalar məni istefaya səsləndirir. Bu qədər nankorluq yaxşı şey deyil".

 

Qeyd edək ki, “Alanyaspor” ilk dəfə bu mövsüm Hüseyin Kalparın rəhbərliyi altında Super Liqaya yüksəlib. Onun komandası hazırda 18 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti