Türkiyə klubunun məşqçisi: "Reynaldonu hələ də transfer etmək istəyirik"

16:44 - 16 Yanvar 2017

Türkiyənin “Adanaspor” klubunun “Qarabağ”ın hücumçusu Reynaldonu istədiyi haqqında məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, futbolçunun meneceri sonradan Super Liqa təmsilçisinin lazım olan pulu vermədiyini bildirsə də, “Adanaspor”un köməkçi məşqçisi Səlçuk Ərdoğan Qafqazinfoya açıqlamasında bunu təkzib edib.

 

O bildirib ki, Reynaldonu hələ də transfer etmək niyyətindədirlər: “Biz Reynaldonu transfer etmək istəyirik. Hələ də danışıqlar davam edir. Lazım olan pulu vermədiyimiz haqqında gəzən söz-söhbətlər düzgün deyil. Hələ ki, bu keçid dəqiqləşməyib”.

Xəbər xətti