"Sumqayıt" Özbəkistan klubuna uduzdu

18:23 - 16 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün növbəti yoxlama matçına çıxıb. 
 
Sportal.az xəbər verir ki, “kimyaçılar” Özbəkistanın “Nasaf” klubu ilə üz-üzə gəlib. Qarşılaşma Samir Abasovun yetirmələrinin  0 - 1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, “Sumqayıt” ilk hazırlıq matçında Albaniyanın “Skenderbeu” klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər xətti