Rəşad Sadıqovdan alqışlanacaq addım FOTO

18:57 - 16 Yanvar 2017

Atası və anası tərəfindən atılmış bir oğlan uşağı ATV-də yayımlanan "Bizimləsən" verilişində millimizin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun fanatı olduğunu, onunla görüşmək istədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, təcrübəli futbolçu balacanın arzusunu reallaşdıracaq.

 

Azyaşlının böyrəkləri xəstədi, gələn həftə əməliyyat olunmalıdı. Sadıqov Antalyada komandası ilə birgə təlim-məşq toplanışında olmasına baxmayaraq, "Bizimləsən" verilişi ilə əlaqə saxlayıb. Təcrübəli müdafiəçi söz verib ki, yanvarın 23-ü Bakıya qayıdır və 24-ü ATV-yə gələrək balaca qəhrəmanla canlı görüşəcək.

 

Rəşad Sadıqovdan alqışlanılası addım!

Xəbər xətti