"Zirə" Antalyaya çatdı

19:37 - 16 Yanvar 2017

“Zirə” təlim-məşq toplanışı keçmək üçün yollandığı Antalyaya çatıb.

 

Sportal.az xəbər verir ki, “The Sense Deluxe” otelində məskunlaşan komanda qardaş ölkədə məşqlərə elə bu gündən başlayacaq.
 
Axşam məşqi ilə hazırlığın ikinci mərhələsinə start veriləcək.
 
“Qartallar” Antalyada iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 18-də rəqib Qırğızıstanın “Dordoy” (Bişkek), 22-də isə Bolqarıstan təmsilçisi “Lokomotiv” (Gorna) olacaq.

Xəbər xətti