"Qarabağ"ın sabiq futbolçusu Çinə yollanır

13:41 - 17 Yanvar 2017

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi və hazırda Türkiyənin "Göztəpə" klubunda çıxış edən Leroy Corc karyerasını Çində davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Super Liqada klubu olan “Şanxay Şenhua” 29 yaşlı futbolçunu heyətinə qatmaq istəyir. Çin klubu “Göztəpə”yə rəsmi təklif də göndərilib.

 

Tərəflər razılığa gəlsə, Leroy karyerasını Çində davam etdirəcək.

 

Qeyd edək ki, “Şanxay Şenhua”da Karlos Teves, Demba Ba, Obafemi Martins və Quarin kimi futbolçular çıxış edir.

Xəbər xətti