Millimizin üzvü üçün rumıniyalı rəqib

17:06 - 17 Yanvar 2017

Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" heyətini hücumçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "timsahlar" "Gənclərbirliyi"ndən Boqdan Stanku ilə rəsmən anlaşıb.

 

Bu barədə məlumatı klubun rəsmi saytı yazıb. Rumıniyalı hücumçu sabah tibbi baxışdan keçdikdən sonra rəsmi sözləşməyə qol çəkəcək.

Xəbər xətti