"İnter"in sabiq futbolçusu İspaniya klubunda

18:48 - 17 Yanvar 2017

Bakı "İnter"inin sabiq futbolçusu Mikel Alvaronun yeni iş yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək. O, B seriyasında çıxış edən "Amorebyeta" klubu ilə anlaşıb. 35 yaşlı futbolçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Mikel Alvaro 2013-2015-ci illərdə "İnter"də çıxış edib. 

Xəbər xətti