"Fənərbaxça"nın prezidenti cəzalandırıldı

19:17 - 17 Yanvar 2017

“Fənərbaxça”nın prezidenti Əziz Yıdırım Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, Yıldırımın cəzalandırılmasına klubun saytında yer alan, idman prinsiplərinə yaraşmayan açıqlaması səbəb olub. Federasiya “Fənər”in prezidentini 45 günlük futbol fəaliyyətindən kənarlaşdırmaqla yanaşı, 30 min lirə məbləğində pul cəzası da kəsib.

 

Əziz Yıdırımla yanaşı, “Bursaspor”un idarəçisi Hakan Dinçtürk də İstanbul təmsilçisinin prezidentiylə eyni cəzaya layiq görülüb. “Bursaspor” rəsmisinin cəzalanmasına da idman prinsiplərini pozan açıqlaması səbəb olub.

Xəbər xətti