"Boavişta"dan Kamran Ağayev açıqlaması: "O, böyük qapıçıdı və komandada qalmalıdı"

19:33 - 17 Yanvar 2017

Milli komandamızın qapıçısı Kamran Ağayevin “Boavişta”dan ayrılıb başqa komandaya keçməsinə dair xəbərlər dolaşsa da, Portuqaliya klubunun icraçı direktoru Diogo Braqa bunu təkzib edib.

 

Sportal.az xəbər verir ki, “Qafqazinfo”ya danışan Portu klubunun rəsmisi Ağayevi buraxmaq istəmədiklərini bildirib: 

 

“Kamran bizim komandamız üçün çox vacib futbolçudur. Hazırda biz onunla xoşbəxtik. Azarkeşlər də Ağayevdən razıdırlar. Ona olan təkliflər bizi maraqlandırmır. O, böyük qapıçıdır və komandada qalmalıdır”.

Xəbər xətti