"Neftçi" Rusiya klubu ilə heç-heçə etdi

19:52 - 17 Yanvar 2017

Türkiyənin Antalya şəhərində qış hazırlığını davam etdirən "Neftçi" bu gün növbəti yoxlama görüşünü keçirib.
 
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Rusiyanın "Tosno" klubu olub. Oyun 2 - 2 hesablı bərabərliklə başa çatıb. Paytaxt təmsilçisinin qollarını Ramon Kardozo və Murad Ağayev vurub.
 
Qeyd edək ki, "Neftçi" bundan əvvəlki yoxlama görüşlərində Türkiyənun "Sivasspor" klubu ilə qolsuz heç-heç edib, Özbəkistan "Nasaf"ına 0:1, Albaniyanın "Kukesi" klubuna isə 2:4 hesabı ilə məğlub olub.

Xəbər xətti