"Şəmkir" Türkiyədə üçüncü qələbəsini qazandı

00:28 - 18 Yanvar 2017

Birinci divizion təmsilçisi “Şəmkir” Antalya toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi azərbaycanlı futbolçu Samir Məsimovun və "Neftçi"nin sabiq qapıçısı Saşa Staminkoviçin çıxış etdiyi Qazaxıstanın "Ojetpes" klubu ilə  qarşılaşıb. Oyun I Divizion klubunun 1 - 0 hesablı qələbəsiylə başa çatıb. “Şəmkir”in heyətində Ruslan Varansov fərqlənib.
 
Qeyd edək ki, Qəhrəman Əliyevin yetirmələri daha əvvəl Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası"nı 1 - 0 və Qazaxıstanın "Kıran" klubunu 2 - 1 hesabıyla məğlub etmişdi.

Xəbər xətti