"Zirə" ilk oyununa çıxır

12:21 - 18 Yanvar 2017

"Zirə" bu gün Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, "qartallar" Qırğızıstanın “Dordoy” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

 

Qeyd edək ki, "Zirə"nin Antalyada ikinci yoxlama matçını yanvarın 22-i Bolqarıstan təmsilçisi “Lokomotiv”ə qarşı keçirəcək.

 

Yoxlama oyunu

16:30. "Zirə" - "Dordoy" (Qırğızıstan")

Xəbər xətti