"Neftçi" Kardoso ilə bağlı qərar verdi

13:22 - 18 Yanvar 2017

"Neftçi" baxışa dəvət etdiyi Ramon Kardoso ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı forvard "Neftçi" ilə rəsmi müqavilə imzalayıb. Bu barədə məlumatı Paraqvay mətbuatı yayıb. "Tosno" ilə matçda fərqlənməyi bacaran hücumçu məşqçilər heyətini razı salıb. Məlumatda bildirilir ki, futbolçunun aylıq maaşı 4 min dollar olacaq.

 

Qeyd edək ki, Kardosonun son klubu ölkəsinin "Deportivo Kapiata" klubu olub.

Xəbər xətti