Ramil Şeydayev yeni ildə ilk oyununa çıxa bilər: Heyətə daxil edildi

14:25 - 18 Yanvar 2017

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” bu gün Türkiyə kubokunun H qrupunda 2-ci liqa təmsilçisi “Gümüşhanespor”un qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Qaradəniz təmsilçisinin start heyəti açıqlanıb. Heyətdə millimizin hücumçusu Ramil Şeydayevin adı "18-liy"ə daxil edilib. Onun adı ehtiyat oyunçular arasındadır.

 

Xatırladaq ki, “Trabzonspor”da 3 rəsmi oyuna çıxan Şeydayev, bu oyunlardan 2-ni məhz kubokda keçirib. Millimizin hücumçusu “bordo-mavilər”in heyətində yeganə qoluna da kubok oyununda imza atıb.

 

“Gümüşhanespor” - “Trabzonspor” oyunu Bakı vaxtıyla saat 15:00-da başlayacaq.

 

 

Xəbər xətti