"Milan"da yeni müqavilə

14:44 - 18 Yanvar 2017

"Milan" bir futbolçusu ilə müqavilənin müddətini yeniləyib.

 

Sportal.az xəbər verir ki, söhbət Cakomo Bonaventuradan gedir. 27 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2020-ci ilə qədərr uzadılıb.

 

Qeyd edək ki, Bonaventura 2014-cü ildə "Atalanta"dan transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 19 qarşılaşmada 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

 

Xəbər xətti