Türkiyədə Ərtoğrul Sağlam şoku

16:22 - 18 Yanvar 2017

Ərtoğrul Sağlamın Türkiyə Superliqasında mübarizə aparan "Alanyaspor" klubunu çalışdıracağı gözlənilsə də, bu, baş tutmayacaq. 

 

Sportal.az xəbər verir ki, tərəflər arasında danışıqlar son anda baş tutmayıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bildirlib ki, tərəflər arasında anlaşılmazlıq olub və buna görə də Sağlamın klubun "sükanı arxası"na keçidi rəsmiləşməyib.

 

Qeyd edək ki, klubun prezidenti Hasan Çavuşoğlu "twitter" səhifəsində Ertoğrul Sağlam ilə 1,5 illik müqavilə imzalandığını açıqlamışdı. 

 

Xəbər xətti