Hamza Hamzaoğlu millimizin üzvünə dəstək oldu: "Dəniz buna layiq deyil"

18:32 - 18 Yanvar 2017

“Dəniz Yılmazın təzyiqlərə məruz qalması məni çox üzür. Çünki buna layiq deyil. O, meydanda olduğu müddət ərzində əlindən gələnin ən yaxşısını edir”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Hamza Hamzaoğluna məxsusdur.

 

Bursaspor Türkiyə kubokunun qrup mərhələsinin V turunda “Akhisar”a böyük hesabla uduzub. “Yaşıl timsahalar”ın azarkeşləri sözügedən matçda zəif çıxış edən Dənizi oyunun ən zəifi hesab etsələr də, Hamzaoğlu belə düşünmür:

 

“Dəniz Yılmazı cinahda oynatmağımızın səbəbi Kubilay Kanatsızkuşu qazanmaq idi. Dəniz fədakarlıq edir, öz mövqeyində oynamır. Düşünürəm ki, Dənizin sayəsində Kubilayı qazana bilmişik. Məhz bundan sonra Kubilay komandamızın əsas simalarından birinə çevrilə bildi. Artıq o da rəqabatə daxil ola bilib. Bundan sonra nəinki Kubilay, bütün futbolçular komandamıza xeyir verə biləcək”.

 

Qeyd edək ki, “Bursaspor” “Akhisar”a 4:1 hesabı ilə məğlub olmuşdu. “Bursaspor”un matçdakı yeganə qolunu məhz millimizin üzvü Dəniz Yılmaz vurmuşdu.

Xəbər xətti