Qurban Qurbanov: "Rəşad Sadıqovun zədəsi ciddi görünmür"

00:44 - 19 Yanvar 2017

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, ağdamlılar ikinci yoxlama matçında Rumıniyanın "Styaua" klubunu 2:0 hesabıyla məğlub edib. Komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına bildirib:

 

"Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdi.  Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbəylə bitməsi də bizim üçün daha faydalı oldu.

 

Rəşad Sadıqovun zədəsi isə ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır". 

Xəbər xətti