Zaur Svanadze: "Güclü rəqibə qarşı yaxşı oyun keçirdik"

01:12 - 19 Yanvar 2017

Bakının "İnter" klubu Antalya toplanışı çərçivəsində Rumıniyanın "Botaşani" klubu ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, 1- 1 hesablı bərabərliklə başa çatan oyundan sonra "bankirlər"in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

 

“Bu gün güclü rəqibə qarşı yaxşı oyun keçirdik. Rəqib sürətli oynayırdı, birinci hissədə bizə bir az çətin oldu. “İnter”in realizasiyalarında problemləri oldu, lakin ikinci hissədə artırmağa və sürətli oynamağa başladıq. Oyun sərt keçdi. Yaxşı yoxlama oyunu alındı. Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı. Yaxşı qol vurduq, lakin təəssüf ki, “rikoşet”dən qol buraxdıq. Ümumilikdə yaxşı oyun alındı, komandadan razı qaldım”

Xəbər xətti