Amit Quluzadənin debütü baş tutmadı, komandası bir xal qazandı

00:58 - 19 Yanvar 2017

Yunanıstan Super Liqasında 16-cı turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi AEL Larissa klubu səfərdə "Veria"nın qonaqğı olub. Qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Amit bu matçda Yunanıstan çempionatında debüt edə bilərdi. Lakin baş məşqçi onun adını matçın iştirakj ərizəsinə daxil etməyib.

 

Qeyd edək ki, 16 turdan sonra aktivində 14 xal olan AEL turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Xəbər xətti