"Boavişta" Kamran Ağayevlə bağlı bəyanat yaydı

10:12 - 19 Yanvar 2017

"Boavişta" millimizin qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalanması ilə barışa bilmir.

 

Sportal.az xəbər verir ki, Portu təmsilçisi bununla bağlı bəyanat yayıb. "Boavişta" rəhbərliyi 3 oyunluq cəzanı ağır qərar hesab edib və apellyasiya şikayəti edəcək.


"Heç kim bu haqsızlığa görə susacağımızı düşünməsin. Bizə bu yolla təsir etmək olmaz. Həmin epizoda baxanda görərik ki, Kamran Ağayevə verilən cəza doğru deyil. Rəqib futbolçularda aktyorluq və təxribata çəkmə qaniliyyətləri yüksək səviyyədə idi. Komandamıza zəiflətmək üçün bütün yollara əl atılır. Azarkeşlərimiz də bizim arxamızdadır" deyə, bəyanatda qeyd olunur.

 

Xatırladaq ki, "Benfika" ilə keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmanın final fitindən sonra Kamran Ağayevlə meydan sahibinin futbolçuları arasında gərginlik yaşanıb. Matçın baş hakimi isə Kamrana münaqişədə iştirakına görə ikinci sarı vərəqəni göstəib. Federasiyanın İntizam Komitəsi isə millimizin qapıçısına 3 oyunluq cəza və 1530 avro cərimə kəsib.

 

Xəbər xətti