Ulduz futbolçu karyerasını başa vurur

10:31 - 19 Yanvar 2017

"Bavariya”nın futbolçusu Xabi Alonso karyerası ilə bağlı önəmli qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki,  35 yaşlı yarımmüdafiəçi mövsüm başa çatdıqdan sonra karyerasını bitirəcək. Mövsümün sonunda klubu ilə müqaviləsi bitəcək Alonso futboldan getmək qərarını verib. Münhen təmsilçisi Alonsonun son komandası olacaq.

 
Qeyd edək ki, İspaniya millisinin üzvü olmuş futbolçu “Real Sosyedad”, “Liverpul” və “Real” kimi klublarda çıxış edib.

Xəbər xətti