UEFA-dan "Qarabağ"a 980 min avro

14:31 - 19 Yanvar 2017

“Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrə görə UEFA-nın ayırdığı maliyyə vəsaitini əldə edib.

 

Sportal.az xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ayrılmış 980 000 (doqquz yüz səksən min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

 

“Qarabağ” Avroliqanın qrup mərhələsində iki qələbə, 1 heç-heçəyə imza atmışdı.

 

Xəbər xətti