"Kəpəz" I Divizion klubuna qalib gəldi

16:30 - 19 Yanvar 2017

Mövsümün qalan hissəsinin hazırlıqlarınıl ölkəmizdə davam etdirən "Kəpəz" növbəti yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" I divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. Matç Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Kəpəz" bundan öncə MOİK-lə qolsuz heç-heçəyə razılaşmış, AZAL-a isə 2:1 hesabı ilə məğlub olmuşdu. 

Xəbər xətti