"Beşiktaş" futbolçusunu İngiltərə klubuna satdı

17:16 - 19 Yanvar 2017

Türkiyənin "Beşiktaş" klubunda bir ayrılıq reallaşıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhəngi Kərim Freyi İngiltərənin çempionşip liqasında mübarizə aparan "Birmingem"ə satıb. "Qara qartallar" bu transferdən 2,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi 2013-cü ildən "Beşiktaş"da çıxış edirdi. Türkiyə millisinin üzvü "ağ-qaralar"ın heyətində meydana çıxdığı 37 matçda 3 dəfə fərqlənib.

Xəbər xətti