"Real" müdafiəçisini itirdi

17:50 - 19 Yanvar 2017

Madridin “Real” klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, "kral klubu"nun futbolçusu Daniel Karvahal sıradan çıxıb. Bud əzələsindən zədə alan ispaniyalı müdafiəçinin 1 aya yaxın meydana çıxa bilməyəcəyi gözlənilir.

 

24 yaşlı cinah müdafiəçisinin Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 15-də “Napoli” ilə keçiriləcək oyuna yetişə biləcəyi də sual altındadır.

Xəbər xətti