"Fənərbaxça"nın prezidenti üçün mövsüm başa çatdı

18:54 - 19 Yanvar 2017

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Fənərbaxça"nın prezidenti Aziz Yıldırıma qarşı sərt cəza tətbiq edib.

 

Sportal.az xəbər verir ki, qocaman klub başqanının 6 ay 15 gün müddətinə stadiona girişi qadağan edilib. Bundan başqa Yıldırıma 190 min türk lirəsi dəyərində cərimə kəsilib.

 

Buna isə "Fənərbaxça" - "Adanaspor" (2:2) matçının final fitindən sonra klub prezidentinin soyunub-geyinmə otağının koridorunda hakimləri təhdid etməsi səbəb olub. Bundan başqa ağır cəzanın verilməsində Yıldırımın sərt açıqlamaları da rol oynayıb.

 

Bu isə o deməkdi ki, cari mövsüm Aziz Yıldırım üçün erkən başa çatıb.

Xəbər xətti