"Şəmkir" "Dnepr"ə məğlub oldu

00:29 - 20 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Şəmkir" bu gün üçüncü yoxlama matçına çıxıb. 

 

Sportal.az xəbər verir ki, qərb təmsilçisinin rəqibi Ukraynanın "Dnepr" klubu olub. Matç Qəhrəman Əliyevin komandasının 0 - 2 hesablı məğlubiyyəti ilə başa çatıb. 

 

Qeyd edək ki, I Divizion təmsilçisi ilk yoxlama oyununda Türkiyənin, "Kuşadası" klubuna 1:0, ikinci matçda isə Qazaxıstanın "Kiran" klubuna 2:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti