"Səbail" ilk sınaqdan məğlub ayrıldı

01:06 - 20 Yanvar 2017

Yanvarın 14-dən etibarən Antalyada təlim-məşq toplanışına start verən "Səbail" ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Bayıl təmsilçisinin rəqibi Qazaxıstanın "Kryan" klubu olub. Qarşılaşma I Divizion təmsilçisinin 2 - 4 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, "Səbail" növbəti yoxlama oyununu yanvarln 24-də keçirəcək. Paytaxt klubunun rəqibinin adına hələlik aydınlıq gəlməyib. 

Xəbər xətti