Ramil Şeydayev qərarını verdi

11:53 - 20 Yanvar 2017

Millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Trabzonspor” Türkiyə kubokunun H qrupunda 2-ci liqa təmsilçisi “Gümüşhanespor”u məğlub edə bilməməsi (0:0) azarkeşləri özündən çıxarıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qara dəniz klubunun fanatları komandaya səviyyəli hücumçu tələb ediblər. Matçın gedişində cənubi koreyalı forvard Hyun Yun Sukun əvəzinə müdafiəçi mövqeyində çıxış edən Karl Medjaninin oyuna daxil olması isə azarkeşlər tərəfindən birmənalı qəbul edilməyib. "Bordo-mavili" tərəfdarlar Sukun əvəzinə Şeydayevin daxil olmasını tələb etsələr də, baş məşqçi Ərsun Yanal fərqli qərar verib.

 

Qardaş ölkə mətbuatı iddia edir ki, həmin oyunda şans qazanmayan Ramil Şeydayev ayrılıq qərarını verib. 2-ci liqa təmsilçisi ilə matçda belə şans qazanmayan forvard klub axtarışındadır. Üstəlik, komandaya yaxın günlərdə kolumbiyalı hücumçu Uqo Rodalleqa da qoşulacaq və Ramilin oynamaq şansı daha da azalacaq. Bu səbəbdən millimizin üzvü qış transfer pəncərəsi bağlanana kimi, yeni komandaya keçmək istəyir.

 

Xatırladaq ki, “Trabzonspor”da 3 rəsmi oyuna çıxan Şeydayev, bu oyunlardan 2-ni məhz kubokda keçirib. Millimizin hücumçusu “Trabzonspor"un heyətində yeganə qoluna da kubok oyununda imza atıb.

Xəbər xətti