"Neftçi" paraqvaylı futbolçunu göndərdi

13:05 - 20 Yanvar 2017

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev  bir müddətdir komandada  baxışda olan  futbolçu Ramon Kardozo haqda qərarını verib.

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paraqvaylı hücumçunun durumu baş məşqçisi qane etməyib və o, "Neftçi"nin düşərgəsindən göndərilib.

 

Qeyd edək ki, Paraqvay mətbuatı 31 yaşlı hücumçu ilə müqavilə imzalandığını yazmışdı.

Xəbər xətti