Depay rəsmən Fransa klubunda

16:57 - 20 Yanvar 2017

"Mançester Yunayted"in holland futbolçusu Memfis Depayın "Lion"a keçidi rəsmiləşib.

 

Sportal.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu  ilə müqavilə imzalanıb.Gənc forvard yeni komandasında 9 nömrəli formanı geyəcək.

 

"Lion" bu transfer üçün qarşı tərəfə 17,2 milyon avro ödəyib. 

 

Qeyd edək ki, Depay bu mövsüm "Mançester Yunayted" forması ilə cəmi 134 dəqiqə meydanda olub.

Xəbər xətti